Şrift:
Misir İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə irəli sürülmüş namizədi dəstəkləyir
01.11.2016 [09:09] - Gündəm, İslam dini
Qahirə Ər-Riyadın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi vəzifəsinə irəli sürdüyü namizədi dəstəkləyir.

Yerli KİV-lərin yaydıgı xəbərə görə, İƏT-in baş katibi İyad Əmin Mədəni dünən vəzifəsindən istefa verəndən sonra onun yerinə Səudiyyə Ərəbistanı Krallığının sabiq sosial işlər üzrə naziri Yusuf bin Əhməd Əl-Əsimeynin namizədliyi irəli sürülüb.

İyad Əmin Mədəni vəzifəsindən istefasını səhhətindəki problemlərlə bağlayıb. Lakin Misir mətbuatı İƏT-in baş katibinin istefasını onun çıxışlarının birində Misir Prezidentinin ünvanına zarafat etməsi və buna görə də ölkə rəhbərliyinin sərt tənqidinə məruz qalması ilə əlaqələndirib.
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed