Şrift:
Yaponiya Donald Trampın komandası ilə sıx əlaqələr qurmağa çalışacaq
10.11.2016 [10:25] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandası və Konqresdə üstünlük qazanan Respublikaçılar Partiyası ilə sıx əlaqələr qurmaq üçün əzmlə çalışacaq.

Bu məqsədlə Yaponiyanın Baş naziri Şinzo Abe xarici siyasət məsələləri üzrə xüsusi müşaviri Katsuyuki Kavaiyə gələn həftə Vaşinqtona səfər etmək və ABŞ-ın gələcək rəhbərliyi ilə məsləhətləşmələr aparmaq barədə göstəriş verib.

Noyabrın 9-da ABŞ-da keçirilən seçkilər zamanı Respublikaçılar Partiyası Konqresin hər iki palatasındakı yerlərin əksəriyyətini saxlamağa müvəffəq olub.

Yaponiya hökuməti Respublikaçılar Partiyasının rəhbərləri ilə görüşlər keçirərək artmaqda olan təhlükəsizlik və iqtisadi çaşqınlıq şəraitində Yaponiya-ABŞ əlaqələrinin saxlanması üçün danışıqlar aparmağı planlaşdırır.

Hökumət ABŞ-ın yeni seçilən Prezidentinin xarici siyasət kursunu dərindən öyrənməyə, təhlükəsizlik və ticarət məsələləri də daxil olmaqla bir sıra mühüm məsələlərdə Yaponiyanın yeri barədə onun fikirlərini araşdırmağa çalışır. Bu məsələlər arasında D.Trampın əleyhinə olduğu azad ticarət barədə Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşma da var.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed