Şrift:
Azərbaycan ərazisində martın 15-dən hava şəraiti yenidən pisləşəcək, qar yağacaq
13.03.2012 [23:32] - Gündəm
Martın 15-dən 18-dək Azərbaycan ərazində hava şəraiti yenidən qeyri-sabit keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı bildirib ki, həmin müddətdə fasiələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir.
Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək.
Tağıyeva deyib ki, bu gün və sabah gün ərzində nisbətən mülayim hava şəraiti davam edəcək. Cənub küləyi üstünlük təşkil edəcək. Bu gün axşam, sabah səhər və axşam saatlarında Bakı və Abşeron yarımadasında və rayonlarda bəzi yerlərdə havanın dumanlı olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed