Şrift:
NATO baş katibi: "Rusiyanı təcrid etmək mümkün deyil"
18.11.2016 [15:46] - Gündəm, Siyasət
"Rusiyanı təcrid etmək mümkün deyil. Ona görə də onlar ilə əlaqələr yaratmaq, dialoq qurmaq zəruridir".
TASS- xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Bu gün Belçika paytaxtı Brüsseldə Marşall Alman Fondunda çıxış edən Y.Stoltenberq Rusiyanın dialoqa açıq olduğunu bildirib: "Xarici işlər naziri Sergey Lavrovla görüşdə əldə etdiyim məlumatlara əsasən, deyə bilərəm ki, Rusiya da münasibətlərin bərpasında maraqlıdır. Onlar da dialoq qurmağa açıqdır".
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed