Şrift:
GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) Urmu Gölü ilə bağlı Çağırış barədə dəstək Bəyanatı yayıb
26.03.2012 [12:27] - Güney Azərbaycan-Təbriz
Bəyanatda qeyd olunur:

”Fars faşist molla rejiminin Urmu gölünü məqsədyönlü qurutma siyasəti Güney Azərbaycanda milyonlarla Azərbaycan türkünü böyük təhlükə ilə üzləşdirib. 15 ildir ki, fars rejimi Urmu gölünü qurutmaq üçün siyasət aparır. Aparılan araşdırmalar və rəsmi məlumatlar göstərir ki, Urmu gölünün 65% -i quruyub. bu göstərici o deməkdir ki, Urmu gölü sürətlə quruyur. Fars faşist rejimi gölün quruma səbəbini yalnız təbii faktorlarla əsaslandırmağa çalışsa da, mütəxəssislər bildirirlər ki, Urmu gölü indiyə kimi heç bir quruma təhlükəsi ilə üzləşməyib. Urmu gölünün sürətlə qurumasına səbəb gölə axan çaylar üzərində tikilən çox saylı su bəndləri və heç bir elmi əsaslandırma aparılmadan qazılan yüzlərlə artezan quyularıdır. Bu da o deməkdir ki, gölün quruması təbii hadisələrdən qaynaqlanmır. Azərbaycan türklərinin üzləşdiyi bu təhlükə rejimin Urmu gölünün qurudulması istiqamətində apardığı siyasətin nəticəsidir. Təsadüfi deyil ki, azərbaycanlıların öz tarixi torpaqlarından köçürülməsi ”millət vəkillərinin” dili ilə gündəmə gətirilir. Bu isə o deməkdir ki, Urmu gölünün qurudulmasının mahiyyətində azərbaycan türkünə düşmənçilik siyasəti durur.

Urmu gölünün qurudulmasının qarşısı alınmazsa, Azərbaycan böyük ekoloji faciə ilə üz - üzə qalacaq. Bu, Güney Azərbaycan da daxil olmaqla digər bölgələrin 8-10 milyard m3 düz şoranlığı altında məhv olması və milyonlarla insanın və digər canlıların məhvə məhkum olunması ilə nəticələnəcək. Bütün bunlar onu göstərir ki, Güney Azərbaycanda yaşayan azərbaycan türkləri olduqca həssas və taleyüklü bir durumla qarşı-qarşıyadırlar.

Azərbaycan milli fəalları və bir sıra milli-siyasi qurumlar tərəfindən 1391-ci ilin (2012) Urmu gölü ili elan edilməsi və Yaz bayramının 13-cü günündə Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmu gölü ilə bağlı aksiyalara çağırışlar milli və siyasi əhəmiyyət kəsb edir.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bu təşəbbüs və çağıırşları dəstəkləyir və bütün milli-siyasi qüvvələri birgə fəaliyyətə dəvət edir.

Biz hesab edirik ki, bugünki şəraitdə rejimin millətimizə qarşı davam etdirdiyi soyqırım siyasətinə ciddi və mütəşəkkil formada birgə mübarizə aparılmalıdır. Millətimizi və Vətənimiz Azərbaycanı bu faciədən qurtarmaq hər bir Azərbaycan türkünün üzərinə düşən milli borcdur”.



GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ 23.3.2012
Bu xəbər oxucular tərəfindən 1358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed