Şrift:
İran İSLAMI siyasiləşdirməyinin 32-ci ilini qeyd edir.
31.03.2012 [12:56] - Xəbərlər
1979-cu il martın 30-da və 31-də keçirilən iki günlük "ümummilli referendum"un gedişində iranlıların 98,2 faizi ölkədə sistemin dəyişdirilməsi lehinə səs veriblər.
Nəticədə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi və yeni İran İslam Respublikası adını aldı.
Bu hadisə 1979-cu ilin fevralında sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən islam inqilabından sonra baş verib.
Ölkənin Müşahidə Şurasının xüsusi bəyanatında deyilir ki, bu hadisə "İran və bütün dünya üçün mühüm idi. O, ölkənin tarixində və islam tarixində yeni fəsil açdı".
Bu il İran İslam Respublikası 32-ci illiyini qeyd edir. Bu bayram günlərində ölkənin hər yerində kütləvi şənliklər keçirilir.

DAVAM.AZ - İranın fars molla rejimi İslamın hürlük anlayışını boğaraq, həm İslamı siyasətə alət edir və həm də Allahın yaratdığı millətləri öz ana dillərində belə danışmağa imkan vermir.
Bu xəbər oxucular tərəfindən 1276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed