Şrift:
Təyyarə qəzası ilə bağlı Qırğızıstanda matəm elan olunub
16.01.2017 [14:41] - Gündəm, Hadisə
Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstan Prezidenti Almazbek Atambayev yanvarın 17-ni ölkədə matəm günü elan edib.

Son məlumata görə, qəza nəticəsində 42 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcədə xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Həlak olanların 37-si təyyarənin düşdüyü qəsəbənin sakinləridir.

Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hadisə yerində olub, evlərini itirən sakinlərin müvəqqəti yerləşdirilməsi və onlara yeni evlərin tikilməsi ilə bağlı göstəriş verib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed