Şrift:
Öyrəncilər Sulduz hadisələrinin ildönümü ilə ərəfəsində Bəyanat yayıblar
19.04.2012 [16:02] - Güney Azərbaycan xəbərləri
Urmu universitetinin öyrənciləri Sulduz hadisələrinin 33-cü ildönümü ərəfəsində hadisə ilə bağlı Bəyanat yayıblar.

Bəyanatda qısaca qeyd olunur:

“Keçmişə müraciət və onun acı hadisələrindən ibrət almaq gündəlik həyatda və gələcəkdəki xətalardan qorunmaq üçün qaçılmazdır. 33 il bundan öncə Azərbaycan torpaqlarına göz dikən silahlı kürdlər, Sulduz şəhərinə vəhşicə hücum edib və bu şəhəri ələ keçirmək istəyiblər. Ancaq Sulduzun qəhrəman xalqı Azərbaycan torpağını və milli heysiyyətini cəsarətlə müdafiə edib və sübut ediblər ki, Sulduz Azərbaycanın ayrılmaz hissəsidir.

Sulduz hadisələri və onun şəhidlərinin əziz xatirəsinin 33-cü ildönümü mərasimləri, hələdə İran şovinistlərini arxasına almış terrorçu kürdlərin təzyiqləri ilə müşahidə olunur. Terrorçular bölgənin demoqrafik tərkibini dəyişməkdə, kimlik böhranı yaratmaqda rejim tərəfindən dəstək almaqdadırlar”.



Sonda Urmu universitetinin öyrənciləri Sulduz şəhidlərinin əziz xatirəsini hörmətlə yad edir və bu acını onların yaxınları və Sulduz əhalisi ilə paylaşırlar. Öyrəncilər kürd terrorrçularına xəbərdarlıq edərək bildirirlər ki, “Azərbaycanın hətta bir qarış torpağını kiminləsə müamilə etməyəcək və qanlarının son damlasına qədər Azərbaycan uğrunda mübarizə aparacaqlar”.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed