Şrift:
Külli miqdarda valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alındı
04.04.2017 [10:00] - Gündəm, Hüquq
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Dubay aviareysilə getmək istəyən Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 500 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 50.000 ABŞ dolları aşkar edilib.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed