Şrift:
Fransada keçirilən etiraz aksiyaları zamanı 2 nəfər xəsarət alıb
24.04.2017 [10:19] - Hadisə
Fransada bir qrup şəxs prezident seçkilərində «İrəli» hərəkatının təsisçisi Emmanuel Makronun və "Milli Cəbhə"nin lideri Mari Le Penin qələbə qazanaraq ikinci tura çıxması əleyhinə etiraz aksiyası keçirib.
Aksiyalar zamanı narazılarla polis əməkdaşları arasında toqquşmalar baş verib.
Belə ki, aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıb. Etirazçılar həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar.
Toqquşmalar zamanı biri yeniyetmə olmaqla, iki nəfər ağır xəsarət alıb. "Bastiliya" meydanında başlayan nümayiş Parisin İV, Xİ, Xİİ və XİX rayonlarına da yayılıb.
Nümayişi dağıtmağa çalışan polis gözyaşardıcı qazdan istifadə edib.
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed