Şrift:
Atamoğlan Məmmədli:” Erməni, bu iki kilsəni sənə kim verib?
29.04.2012 [18:10] - Gənclik
“Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti” adlı icmitai müzakirə keçirilib.

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti” adlı icmitai müzakirə keçirilib. Məruzəçi Universitetin dosenti, I Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli olub.

Tədbiri giriş sözü ilə açıq elan edən fakültənin Tələbə Gənclər Təşkilatının sədri Aysel Araz mövzunun mahiyyəti barədə qısa məlumat verib. O, qeyd edib ki, nə mövzu seçimi, nə də məruzəçi təsadüfi deyil. Bu gün istənilən mövzuda tədbirlər təşkil etmək asandır. Önəmli olan isə mahiyyəti dərk edib, onun dərinliyə varmaqdır.


Çıxış edən Atamoğlan Məmmədli ilk olaraq qeyd etdi ki, Azərbaycana qarşı təcavüz son 200 ildir ki, sistemli həyata keçirilir. Bu sistemdə iki istiqamət var, onlardan biri də mədəniyyətin, mədəni abidələrin məhvidir. Atamoğlan müəllim, dağıdılan, hücuma məruz qalan mədəni abidələrimiz barədə dəyərli məlumatlar verdikdən sonra maraqlı bir faktı qeyd etdi. O, özəlliklə vurğuladı ki, həmin fakt üzərində ciddi və sistemli iş getdiyi üçün respublika mətbuatında hələ açıqlanmayıb. Lakin auditoriyanın əksəriyyətinin tarix fakültələrindən ibarət olduğunu nəzərə alıb Atamoğlan müəllim məlumatı açıqladı. A. Məmmədlinin açıqladığı faktı olduğu kimi DAVAM özəl olaraq təqdim edir:

“Bilirsiz ki, Albaniya dövlətinin ərazisində çoxsaylı kilsələr olub (kilsə mədəniyyəti). 1836-cı ildə Rusiya tərəfindən Alban katalikosluğu ləğv edildi, onun bütün əmlakı, ixtiyarında olan bütün kilsələr tabe edildi erməni Qriqoryan kilsəsinə. Həmin dövrdən başlayaraq, sənədlər, alban dlində olan kitabların çoxu keçdi erməni katalikoslarının əlinə. Onlar bunun bir hissəsini qrabara (ermənilərin kilsəsi)tərcümə elədilər.Digər hissəsini isə deyilənə görə, məhv ediblər(Albanın izini itirmək üçün).

Ermənilər Alban kilsələrinin pəncərələrində və qapılarının formalarında, üzərindəki xaçlarda kosmetik dəyişiklik apararaq, onu Qriqoryan üslubuna salırlar. Çox maraqlıdır ki, ermənilər işğala qədər o kilsələrə getmirdilər, bəs necə oldu ki, işğaldan sonra adı “Qriqoryan kilsəsi” edilərək dəyişdirildi?!...Demək, özülərinin deyildi deyə getmirdilər.

Erməni kəndlərinin kənarında bir kənd var, adı Edillidir-Füzulidən yuxarı, Hadruddan aşağı. Bizdə el arasında “Edilli” deylir, əsl adı “Yadellidir”. Ona Qriboyedovun köçürdüyü ermənilərin yaşadığı kənd deyilir - Yadellilər (İrandan gəlmə ermənilər)…Biz ona Yadelli kəndi demişik. Yəni məsələ burasındadır ki, Qarabağ ərazisindəki bütün kilsələr, Alban kilsəsi Qriqoryan kilsəsi üslubunda yenidən təmir edilib-erməniləşdirilib.

1836-cı ildə Alban katalikosluğu ləğv olundu. Bu gün Qüds şəhərində. Yerusəlim şəhərində hər dinin özünün kilsəsi var. Ermənilərin isə iki kilsəsi var. Sual vermək olar: ” Erməni, bu iki kilsəni sənə kim verib? ”…Ermənilər ikinci kilsəni 1836-cı ildən ələ keçiriblər (Alban kilsəsi) . Bizim kilsəni Yerusəlimdə 1836-cə ildən ermənilər orda da ələ keçiriblər. Bu məsələləri Azərbaycanın xristian icmasının sədrilə məsləhətləşmişik. Faktları daha da qətiləşdirmək üçün bunları gözümüzlə görməliyik. Bütün bunlar düşmənin “yandırılmış torpaq” siyasətinin əsasını təşkil edir. ”

Son olaraq, Bütöv Azərbaycanın tarixindən bəhs edən video görüntünün nümayişi ilə tədbir yekunlaşdı. Tədbirdə bir neçə media nümayəndəsi də iştirak edirdi.

Aysel HƏSƏNLİ

Atamoğlan Məmmədli:” Erməni, bu iki kilsəni sənə kim verib?
Bu xəbər oxucular tərəfindən 3009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed