Şrift:
"Bakı Metropoliteni"nə ayrılan subsidiyanın 82%-i maaşa yönəldilir
24.05.2017 [10:28] - İqtisadiyyat
Bakı şəhəri üzrə ümumi sərnişindaşımanın orta hesabla 23%-nin cəmləşdiyi "Bakı Metropoliteni" QSC-də 2016-cı ildə 217,5 mln. nəfər və ya ümumi sərnişindaşımanın 11,3%-i (2014-cü ildə 215,5 mln. nəfər və ya ümumi sərnişindaşımanın 11,8%-i və 2015-ci ildə 222 mln. nəfər və ya ümumi sərnişindaşımanın 11,7%-i), 2014-cü ilə nisbətən 2 mln. nəfər və ya 0,9% çox, 2015-ci ilə nisbətən 4,5 mln. nəfər və ya 2,1% az sərnişin daşınıb. "Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2016-cı ildə "Bakı Metropoliteni"nə büdcədən ayrılan vəsait (subsidiya) 2014-cü ilə nisbətən daha çox (0,9% sərnişin artımına qarşı 5,5%) artıb, 2015-ci ilə nisbətən isə 4,5 mln. nəfər az sərnişin daşındığı halda 2015-ci ilin səviyyəsində subsidiya verilib.

"Dəmiryolu nəqliyyatı" paraqrafı üzrə dövlət büdcəsindən ayrılan vəsait sərnişin daşımadan yaranan zərərin kompensasiya edilməsi üçün "Bakı Metropoliteni" QSC-yə nəzərdə tutulub. 2016-cı ildə bu paraqraf üzrə nəzərdə tutulan 37 mln. 998,2 min manat (2014-cü ildə 36 mln. 26,1 min manat və 2015-ci ildə 37 mln. 998,2 min manat) məbləğində vəsait 100,0% icra olunub ki, bu da 2014-cü ilə nisbətən 1 mln. 972,1 min manat və ya 5,5% çox, 2015-ci illə eyni səviyyədə olub.

"Bakı Metropoliteni"ndə aparılan audit məlumatlarına əsasən sərnişin daşınmasından yaranan zərərin kompensasiya edilməsi üçün alınmış subsidiyanın hər il üzrə 82%-i əmək haqqı və ona bərabər tutulan ödənişlərə və 18%-i sosial sığorta ayırmalarına (Dövlət Sosial Müdafiə Fonduna) yönəldilib, əmək haqqı və ona bərabər tutulan ödənişlərə yönəldilən vəsaitin məbləği 2016-cı ildə 31 mln. 158,5 min manat (2014-cü ildə 29 mln. 529,6 min manat və 2015-ci ildə 31 mln. 137,9 min manat) və sosial sığorta ayırmalarına (DSMF-yə) yönəldilən vəsaitin məbləği 2016-cı ildə 6 mln. 839,5 min manat (2014-cü ildə 6 mln. 496,5 min manat və 2015-ci ildə 6 mln. 850,3 min manat) təşkil edib.

QSC üzrə hesabat dövrünün əvvəlinə debitor borcları 21 mln. 640,6 min manat olub, il ərzində 11 mln. 153,5 min manat artaraq hesabat dövrünün sonuna isə 32 mln. 794,1 min manat təşkil edib, bu borclar əsasən avadanlıqların, mal-materialların, xidmətlərin alınmasına görə qabaqcadan ödənilmiş məbləğlərdən, dövlət büdcəsi ilə hesablaşmalardan (vergilər üzrə artıq ödəmə), DSMF-yə artıq köçürmələrdən və digər debitor borclardan ibarət olub.

Cəmiyyət üzrə kreditor borcları hesabat dövrünün əvvəlinə 34 mln. 523,1 min manat olub, il ərzində 10 mln. 345,9 min manat azalaraq hesabat dövrünün sonuna isə 24 mln. 177,2 min manat olub, bu borclar müəssisənin əsaslı tikinti fəaliyyəti üzrə alınmış avadanlıqlara, materiallara və göstərilmiş xidmətlərə görə ödənilməli olan məbləğlərdən, eləcə də 11 mln. 737,7 min manat elektrik enerjisinin istifadəsinə görə 2001-2006-cı illər ərzində yaranmış borcdan və 12 mln. 439,5 min manat digər kreditor borclardan ibarət olub.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed