Şrift:
"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub
25.05.2017 [10:29] - İdman
Futbol üzrə Avropa Liqasında 2016-2017-ci illər mövsümünün qalibi müəyyənləşib.
Bu, İngiltərənin "Mançester Yunayted" klubudur.
Joze Mourinyonun baş məşqçisi olduğu komanda İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçirilmiş final oyununda Hollandiya "Ayaks"ına qalib gəlib. Qolları Pol Poqba və Henrik Mxitaryan vurub.
Bu qələbə sayəsində "Mançester Yunayted" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Digər tərəfdən, "qırmızı şeytanlar" 9 ildən sonra ilk dəfə Avropa kubokuna sahib olub. Sonuncu dəfə bu klub 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. Mançester təmsilçisi 1991-ci ildə Kuboklar Kuboku və UEFA Super Kubokuna da yiyələnib. Mourinyo isə "Portu" (Portuqaliya) və "İnter" (İtaliya) komandalarına qazandırdığı qitəmiqyaslı mükafatlardan sonra İngiltərə komandası ilə də ilk belə kuboka yiyələnib. O, "Portu"ya 2003-cü ildə UEFA Kuboku, 2004-cü ildə Çempionlar Liqasını, "İnter"ə isə 2010-cu ildə Çempionlar Liqasını qazandırıb.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qol: Pol Poqba, 18. Henrik Mxitaryan, 48
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed