Şrift:
Tarixçilər Qondarma soyqırıma görə Türkiyəyə yığışır
03.05.2012 [12:51] - Xəbərlər
Tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü yaxınlaşdıqca Türkiyədə də erməni araşdırmalarının və keçirilən elmi toplantıların sayı artıb.



Belə toplantılardan biri mayın 2-5-də Ərzurumda keçiriləcək. Atatürk Universitetində təşkil olunacaq “Birinci beynəlxalq türk-erməni əlaqələri və böyük güclər” adlı simpoziumda Türkiyə, ABŞ (Amerika Birləşmiş Ştatları), İsveç, İran və digər ölkələrdən 90-dan çox tarixçi və siyasətşünas iştirak edəcək.



Simpoziumda Azərbaycan tarixçisi, millət vəkili Musa Qasımlı xarici ölkələrin arxiv materialları (arşiv sənədləri) və sənədli mənbələri əsasında hazırladığı “Çar (tezar) Rusiyasının isti dənizlərə enmək istəkləri və ermənilər” mövzusunda məruzə ilə çıxış edəcək.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed