Şrift:
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzində olub
08.06.2017 [10:27] - Xəbərlər, Hərb
Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.
Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.
Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed