Şrift:
Təbrizin millət vəkilləri Maşınqayırma zavodunun qeyri-müəyyən vəziyyəti ilə bağlı prezidentə müraciət ediblər
08.06.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millər vəkilləri ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq Təbriz Maşınqayırma zavodunun vəziyyətinə baxılmasını tələb ediblər.

Təbrizin millət vəkilləri tərəfindən imzalanan məktubda deyilir:
“Maşınqayırma zavodu və onun tökmə təsisatı Təbrizdə önəmli yer tutan ağır sənaye müəssisəsidir və ölkə üzrə tanınmış ticarət markasıdır. Hazırda zavod verilən qərarlara görə qeyri-müəyyən şəraitdədir. Azərbaycan əhalisi və zavodun dəyərli işçiləri sənaye müəssisəsininin özəl sektora ötürülməsindən nigarandır. Bu, istehsal sahəsinə ciddi ziyan vurub, əhali, xüsusi ilə də işçilər üçün bir çox problemlər yarada bilər.
İctimai Rifah, Əmək və Kooperasiya (təavun) Nazirliyinin nümayəndəsi Şərqi Azərbaycan millət vəkillərinin iclasında Əhalinin Sosial Müdafiəsi İdarəsinin tələbi əsasında zavodun özəl sektora ötürülməsi ilə bağlı razılıq əldə olunduğunu bildirdi. Xahiş olunur ki, İqtisadiyyat Nazirliyinə göstəriş verərək alınan qərarın icrasının qarşısını alasınız”- deyə məktubun bir hissəsində qeyd olunub.

Məsələyə Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə də münasibət bildirib. O Təbriz Maşınqayırma zavodunun proqramsız bir şəkildə özəl sektora ötürülməsi ilə bağlı yaranacaq problemləri xatırladaraq bu barədə xəbərdarlıq edib və ölkə prezidentindən bu məsələyə müdaxilə etməsini istəyib.

N.S
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed