Şrift:
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda səfərdədirlər
12.06.2017 [10:12] - Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda Azərbaycanda səfərdədirlər.
Səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Ombudsman ilə görüşlər keçirməyi planlaşdırır.
Həmçinin Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcək.
Səfər iyunun 14-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed