Şrift:
Londonda sürücü furqonu məsciddən çıxan insanların üzərinə sürüb: 1 ölü, 10 yaralı var
19.06.2017 [10:26] - Hadisə
Londonun şimal-şərqində naməlum sürücünün furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində 10-dan çox insan xəsarət alıb.
Bu barədə "Daily Mail" məlumat yayıb.
İnsidentdən dərhal sonra yerli sakinlər sürücünü tutaraq polisə təhvil veriblər. Hadisə şahidləri insidentdən sonra bir neçə nəfərin yerdə hərəkətsiz qaldığını iddia edirlər.
Skotlend-Yardın yaydığı məlumatda isə hadisə nəticəsində 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.
Londonda sürücü furqonu insan izdihamının üzərinə sürüb, ərazi polis tərəfindən mühasirəyə alınıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Polis hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, bir nəfərin saxlanıldığını məlumat verib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed