Şrift:
Gəndob-Quba yolu bağlanıb
08.05.2012 [14:52] - Gündəm
Qubada Vəlvələçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşdüyündən bu gün səhər saat 10:00-dan həmin yol bağlanıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Bakı Quba yolunun 146-cı kilometrliyində körpüdə çökmə olduğundan körpü üzərindən keçən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər alternativ yol kimi Gəndob-Xaçmaz yolundan keçməklə Quba istiqamətinə hərəkət edirlər.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed