Şrift:
Azərbaycan prezidenti İrana səfər edəcək
14.05.2012 [12:40] - Gündəm
Dövlət başçısı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak edəcək.Azərbaycan prezidenti İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir. Bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.

Nazir bildirib ki, prezidentin bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir. Azərbaycan 2011-ci ilin may ayından Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Hazırda təşkilata 120 dövlət üzvdür.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed