Şrift:
Qərbi Azərbaycanda kürd qaçaqmalçıları siğorta olunur?!
03.08.2017 [14:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycan Əyalətinə səfər edən İranın Kooperasiya, Əmək və İctimai Rifah naziri Əli Rəbii səfərinin əsas hədəfini açıqlayıb.

Sərhədyanı şəhərlərə səfər edən nazir öz açıqlamasında deyib:
“Bizim əsas məsələlərimizdən biri sərhədyanı bölgələr, xüsusi ilə də Qərbi Azərbaycanın sərhəddə yaxın məntəqələrində yaşayan şələkeşlərin (Sərhədyanı bölgələrdə qaçaqmalçılıqla məşğul olan bir sıra kürdlər qanunsuz olaraq xaricdən ölkəyə mal daşıyırlar. Onlar Azərbaycan şəhərlərində şələkeş, farsca dilində isə kulbər adlanır) siğorta məsələsidir. Artıq bununla bağlı ciddi tədbirlər görülüb və bu gün biz sözügedən əzizlərimizin siğorta məsələsinə görə Qərbi Azərbaycan Əyalətinə səfər etmişik. Bu istiqamətdə lazımi qərarlar veriləcək”- deyə o bildirib.

Ə.Rəbii əlavə edib ki, “dövlət sərhədyanı bölgələrin ictimai rifahı üçün 9 min milyard rial məbləğində vəsait ayırıb, bu məbləğdən şələkeşlərin sağlamlıq siğortası üçün istifadə etmək mümkün olacaq.”

Çarşənbə günü Piranşəhərə (Xana) səfər edən Kooperasiya, Əmək və İctimai Rifah naziri, şələkeşliyin sərhədyanı bölgələr üçün ən yaxşı məişət tərzi olduğunu deyərək bu işlə məşğul olan insanların sağlamlığına əhəmiyyət verdiyi bildirib. “İlk baxışda şələkeşlərin siğorta məsələsi olduqca çətin görünürdü, lakin bir sıra araşdırmalardan və fəaliyyətdən sonra bu mümkün oldu. Hazırda təkcə Piranşəhr deyil, digər sərhədyanı bölgələrdə də eyni üsul tətbiq olunur. Plana görə, şələkeşlər siğorta olunacaq, onlara sərfəli kredit veriləcək, sonda isə təqaüdə çıxacaqlar”- deyə nazir vurğulayıb.

Qərbi Azərbaycanda kürd qaçaqmalçıları siğorta olunur?!

İranda qanunsuz ticarət və qaçaqmalçılıq işləri ilə əsasən sərhədyanı bölgələrdə yaşayan kürdlər məşğul olur. Həmin kürdlər bir çox halda qaçaqmalçılıq yolu ilə əldə etdikləri sərvəti PKK və digər kürd terror qruplaşmalarının ideyaları uğrunda xərcləyir və bölgədə bir çox ictimai, siyasi və iqtisadi problemlərə yol açırlar. Məsələn Qərbi Azərbaycanda bir çox daşınmaz əmlak bölgənin kürdləşdirilməsi prosesindən xəbərsiz olan azərbaycanlılar tərəfindən həmin qaçaqmalçılara satılır və nəticədə Azərbaycan şəhər və kəndlərinin demoqrafik tərkibi dəyişir. Bütün bunlara şahid olan İran rejimi müxtəlif vasitələrdən istifadə edərək Qərbi Azərbaycanda kürd amilini gücləndirməkdədir.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed