Şrift:
Filippində 5,8 bal gücündə zəlzələ baş verib
05.08.2017 [09:46] - Gündəm, Hadisə
Filippinin Mindanao adasında 5,8 bal gücündə zəlzələ baş verib.

Bu haqda Avropa Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib.

Yeraltı təkanlar UTC vaxtı ilə 00:30 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Budta şəhərindən 170 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed