Şrift:
Urmulu fəal Əta Kərimi “Çətəçilər”in təxribatı ilə bağlı bildiriş yayıb
05.08.2017 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Əta Kərimi “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bildiriş yayıb.

“Son günlərdə baş verən hadisələr hər bir azərbaycanlı milli fəalı narahat edir.

Təəssüflə bəzi sözdə təşkilatçılar öz adları və mövqelərini qoruyub saxlamaq üçün Milli Hərəkata yaraşmayan çirkin işlərlə məşğul olur. Bu qrupun üyələri virtual aləmdə saxta və həqiqi profillərlə milli fəalların müqavimət ruhiyyəsini sındırmaq məqsədi ilə iş aparırlar.

Mən bir azərbaycanlı milli-mədəni fəal olaraq Dirəniş Təşkilatı və onun əsas üzvləri İsmayıl Cavadi və onların tərəfdarları Taymaz Urmulu kimilərin bu çirkin fəaliyyətini ən sərt şəkildə qınayır, bu yalnış mövqelərində dəyişiklik edəcəklərinə ümid edirəm”- deyə bildirişdə qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed