Şrift:
İranın İsfahan şəhərində bir hovuzda birlikdə çimib şənlənən daha 64 qız və oğlan yaxalanıb
11.08.2017 [14:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avqustun 9-da İranın İsfahan şəhərinin yaxınlığında bir hovuzda birlikdə çimib şənlik edən daha 64 qız və oğlan yaxalanıb. Bu barədə İsfahan “Sepah”ının ETTELAAT təşkilatı ötən gün məlumat yayıb.

İsfahan “Sepah”ı ETTELAT-ının yaydığı məlumatda bildirilir “əxlaqsızlığı və fahişəliyi yaymaq məqsədilə” yarıçılpaq şəkildə hovuzda bir araya gələn qız və oğlanlar, alkoqollu içkilər içdikdən sonra birlikdə çimib əylənərkən və birgə rəqs edib şənlənərkən yaxalanıblar. Tutulanların “Sepah” ETTELAAT-ının bölmələrinə aparıldığı, gənc qız və oğlanların hazırda dindirildiyi bildirilir.

Məlumatda hovuzda tutulan qız və oğlanların adları mediaya açıqlanmayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1500 nəfərdən çox insan həbs edilib.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed