Şrift:
Çətəçilərin uzantısı Milli Hərəkata qarşı təxribatları davam etdirir / Təcribatçılara Savalan dağından xəbərdarlıq
21.08.2017 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ettelaat Nazirliyi ilə eyni istiqamətdə hərəkət edən Çətəçilər və xaricdə yaşayan Dirəniş kimi qrupun bəzi üyələri, Azərbaycan Milli Hərəkatına qarşı təxribat fəaliyyəti ilə məşğul olduqlarına görə çox sayda tanınmış Milli Hərəkat fəallarının sərt reaksiyası ilə üzləşərək sıradan çıxarıldı.

Bundan sonra təxribatçı qruplar Azərbaycan Milli Hərəkatının tanınmış və müstəqil fəallarını təxribata məruz qoymaq məqsədi ilə pərdə arxasında olan müəyyən şəxsləri meydana çəkməyə başladılar.

Son günlərdə Qudrətulla Yusifi, Əli Əfsər Şəhbazinin (Xocalı ləqəbi ilə tanınır) yaydığı təhqiramiz yazını müdafiə edərək, belə bir hərəkətin demokratik olduğunu iddia edib. O milli fəallar tərəfindən təcrid olunduqdan sonra Azərbaycan Milli Hərəkatına qarşı təxribatları davam etdirmək məqsədi ilə virtual aləmdə Əli Əfsər Şəhbazi, Əqil Azərdoxt, Əli Şahi, Atabəy Təbrizi, Bulud Muradi, Beytulla Bərzgər, Mahmud Üsküyi (Nisgil) və s. kimi məlum şəxslərdən ibarət bir qrup yaradıb. O çox sayda tanınmış fəalın Dirəniş qrupuna aid Çətəçilərin təxribatı ilə bağlı yaydıqları bildirişləri nəzərə almadan Xocalı adı ilə tanınan təxribatçı şəxsi qrupda çıxış edən şəxs kimi təqdim edib. Görünür ki, Çətəçilərin fars şovinizminin bütün təhdid və təzyiqləri altında mübarizə aparan fəallara qarşı təxribat fəaliyyətləri davam edir.

Çətəçilərin uzantısı Milli Hərəkata qarşı təxribatları davam etdirir / Təcribatçılara Savalan dağından xəbərdarlıq

Şübhəsiz ki, Dirəniş bandası və onun əlaltılarının Milli Hərəkata qarşı təxribatları Azərbaycan türk millətinin yaddaşından silinməyəcək.

Bu arada son günlərdə Savalan dağının zirvəsinə çıxan bir qrup fəal, Milli Hərəkata qarşı edilən təxribatları sərt şəkildə qınayıb və üzərində “Dağa dağlar dayaq olsun. Böyüklərə hörmətsizlik yasaqdır və qınanır. Yaşasın Azərbaycan” sözü yazılmış bir parça nümayiş etdiriblər.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed