Şrift:
Qətər - İran əlaqələri bərpa olunur
25.08.2017 [09:26] - Gündəm, Siyasət
Qətərlə İran arasında 2016-cı ildə soyuyan əlaqələr isinməyə başlayıb.

Sputnik- xəbər verir ki, Qətər geri çağırdığı səfirini yenidən Tehrana göndərəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. "Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır" — XİN-in bəyanatında qeyd olunub.

Xatırladaq ki, 2016-cı ilin yanvarında, Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının konsulluqlarına edilən hücumdan sonra Qətər bu ölkədəki səfirini geri çağırmışdı.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed