Şrift:
Meşginşəhr Azad Universitetinin keçmiş rəisi Təhsil Nazirliyinə məktub yazıb: İranda 40 milyon türk var...
30.08.2017 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşginşəhr Azad Universitetinin keçmiş rəisi doktor Bəhram Abbaszadə İranın Təhsil Nazirliyinə məktubla müraciət edib.

Məktubda Təhsil Nazirliyinin farscada qəliz ləhcəsi olanların məktəblərdə müəllim işləyə bilməyəcəkləri barədə yeni irqçi qanunları kəskin tənqid edilərək İranda 40 milyon türkün olduğu xatırladılıb.

“Ləhcə nizamlaması, utancverici nizamlamadır. Bu, Təhsil Nazirliyinin fəaliyyət tarixində ən qeyri-peşəkar nizamlamaları sırasındadır.

İranın 70 milyon əhalisindən 40 milyonu türkdür, qalanı isə kürd, bəluç, ərəb və s. Sizin sayınız isə 200 mindən çox deyil.

Keşkə ləhcə nizamlaması əvəzinə Təhsil Nazirliyini siyasətdən uzaqlaşdırardınız. Uzaq kəndlər, şagirdlərin yoxsulluğu və onların çadırda qaldıqlarını öyrənərdiniz.

Keşkə şagirdlər arasında olan təbəqələşmə, ağır təhsil xərcləri, istedadlı insanların yoxsulluq ucbatından yardım etmək məqsədi ilə minlər dəfə məktəbə çağırılması, müəllimlərin maaşı və həyat səviyyəsi, həmçinin yoxsulluqdan övladlarının universitet pulunu ödəyə bilməyən müəllimlərdən xəbər tutardınız.

Cənab nazir, uzun illərdir sizin nazirliyiniz siyasət meydanına və deputatların arxa həyətinə çevrilib, ora siyasilərin kin və nifrət məkanını xatırladır. Hətta bu barədə hörmətli imam cümələr də dəfələrlə xəbərdarlıq ediblər, lakin deyilənlər eşidilməyib.

Cənab nazir, sizin təlim və təhsilinizin nəticəsi özəl dərs kursları, tərbiyənizin nəticəsi yeniyetmələrin bu qədər ictimai problemləri, insana hörmət qazandırmağınızın nəticəsi isə müəllimlərin pulsuzluğu və şagirdlərin gələcəyə inamsızlığıdır. Sizin isə hazırda tək bir probleminiz var: Ləhcə!”- deyə məktubda qeyd olunub.

Xatırladaq ki, Avqustun 23-də İranın Təhsil Nazirliyi müəyyən xəstəliklər və farscada qəliz ləhcələri olanları ibtidai məktəb müəllimi peşəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed