Şrift:
Özbəkistanın Mərkəzi Bankı milli valyuta-sumun kəskin devalvasiyasını edib
05.09.2017 [09:37] - Gündəm, Türk dünyası-Turan
Özbəkistanın Mərkəzi Bankı (MB) sentyabrın 5-dən milli valyuta-sumun kəskin devalvasiyasını edib.

Mərkəzi Bank 1 dolları 8100 sum səviyyəsində müəyyənləşdirib. Bu da ötən həftə ilə müqayisədə 3889,65 sum yuxarıdır. Əvvəl 1 dollar 4210,35 sum olub.

Bank sumu digər xarici valyutalara nisbətdə də devalvasiya edib. Avronun məzənnəsi 9645,48 sum səviyyəsində müəyyənləşdirilib ki, bu da əvvəlki məzənnədən 4878,601 sum yüksəkdir. Rublun məzənnəsi 68,731 sumdan 139,91 suma qalxıb.

Sumun kəskin devalvasiyası Özbəkistan prezidenti Şavkat Mirziyeyevin sentyabrın 2-də imzaladığı “Valyuta siyasətinin liberalalşdırılması üzrə ilkin tədbirlər” adlı Fərmanından sonra baş verib.

Onu da deyək ki, Özbəkistanda milli valyutanın kəskin devalvasiyası uzun illərdən sonra ilk dəfə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed