Şrift:
Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb
09.09.2017 [09:59] - Gündəm, Bildiriş
Son bir neçə gündə yağan güclü yağış nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən keçən Vəlvələçay çayında suyun səviyyəsində kəskin artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-60 və Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s olmaqla, ongünlük normanın 14 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 38 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Bankədə 40, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 2, Salyanda 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 8-də 450 sm), Şirvanda 173 sm, Salyanda 109 sm (2016-cı il sentyabrın 8-də 260 sm), Bankədə 207 sm (2016-cı il sentyabrın 8-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il sentyabrın 8-də 162 sm) təşkil edir.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed