Şrift:
Texasda ATIŞMA - 8 nəfər öldü
11.09.2017 [09:31] - Gündəm, Hadisə
Axşam saatlarında Texas ştatının Pleyno şəhərində atışma baş verib. Atışma nəticəsində silahlı hücum edən də daxil olmaqla azı 8 nəfərin öldüyü bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşı Devid Tillinin sözlərinə görə, insident axşam saat 8 radələrində evlərin birində baş verib. Atışma baş verən kimi polisə məlumat daxil olub. Hadisə yerinə dərhal gələn polisin açdığı atəşlə də hücum edən şəxs məhv edilib.

2 nəfərin xəsarət aldığı da bildirilir, lakin onların vəziyyəti barədə hələ məlumat verilməyib.

D.Tillinin sözlərinə görə, hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Ölənlər arasında azyaşlıların olmaması bildirlib.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed