Şrift:
Güney Azərbaycan Konseyi mətbuat konfransı keçirdi
02.06.2012 [02:25] - Güney Azərbaycan xəbərləri, Diaspor
"Uluslararası Güney Azərbaycan türkləri Konseyi" Beynəlxalq Mətbuat Mərkəzində KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.

Konfransdan öncə Şəhidlər Xiyabanını, görkəmli ictimai-siyasi xadimlərin – Heydər Əliyev, Əbülfəz Elçibəy və Pişəvərinin məzarları ziyarət edilib.
Konfransı aparan tanınmış ictimai xadim, Borçalı cəmiyyətinin sədri Zəlimxan MəmmədliTürkiyədə keçirilən Forum haqqında KİV nümayəndələrinə məlumat verib. Sonra Konseyin sözçüsü Cəmal Mehmethanoğlu, professor Firudin Cəlilov Konseyin fəaliyyət istiqamətləri barədə KİV təmsilçilərinə məlumat veriblər. Konfransa qatılan doktor Səbri Təbrizi Konseyə qatılmaq arzusunda olduğunu bildirib. Konfransda iştirak edən İdarə Heyəti üzvləri yekdilliklə Səbri Təbrizinin Konseyə qatılmasına səs verdilər. Sonda mətbuat üçün açıqlama paylandı. Mətbuat açıqlamasını olduğu kimi sizə təqdim edirik:

“Hörmətli KİV nümayəndələri,

12-13 may 2012-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Uluslararası Güney Azərbaycan Türkləri I Forumu müvəffəqiyyətlə keçirilib. Ankarada keçirdiyimiz Forumdan ciddi şəkildə narahat olan İran-Fars rejiminin yaratdığı bütün maneələrə, Ankara valiliyi tərəfindən forumun keçirilməsinin qadağan olunmasına və Forumumuzun planlanan oteldə keçirilməsinin əngəllənməsinə baxmayaraq biz işimizi uğurla başa vura bildik. Doğa Rezonans otelində 15 ölkədən 67 təşkilatı təmsil edən 300 nəfərin iştirakı ilə Forumuzu keçirdik. Bunu da qürurla bildirmək istəyirik ki, Güney Azərbaycan Milli hərəkatlarının böyük əksəriyyəti Foruma qatılaraq, onun işini dəstəklədi.

Forum iştirakçıların Mustafa Kamal Atatürkün Anıtkəbirdəki və Məmməd Əmin Rəsulzadənin Əsri qəbiristanlığındakı məzarlarını ziyarət etməklə başladı.
Forumun işində Azərbaycandan, Avropadan, Türkiyədən və İraqdan millət vəkilləri, nazirlər, ziyalılar iştirak edirdilər. Eyni zamanda bunların arasında professor Firudin Cəlilov, millət vəkili Fərəc Ulusoy və Sabir Rüstəmxanlı, Baba Tağıyev, Zəlimxan Məmmədli, Türkiyədən dönəm millət vəkilləri Cəmil Ünal, Orhan Kayhan, İraq Türkmən millət vəkili Fevzi Əkrəm var idi. Forumun qadağan olunmasından dolayı 2 günlük proqramı bir neçə saat ərzində yekunlaşdırmağa çalışdıq. Amma nəticədə bütün iştirakçıların yekdil səsi ilə Uluslararası Güney Azərbaycan Konseyi adı ilə bir qurum yaratdıq. Qurumun İdarə Heyətini seçdik. Konseydə ictimai xadimlərlə yanaşı Flora Kərimova kimi tanınmış incəsənət xadimləri də yer aldı. Uluslarası Güney Azərbaycan Konseyinin sözçüsü Forumun təşkilatçısı Cemal Mehmethanoğlu seçildi.
13 may 2012 ci il tarixdə isə Forum iştirakçıları İranın Ankaradakı səfirliyi qarşısında mitinq keçirdi. Mitinqdə Güney Azərbaycan türklərinə qarşı aparılan zorakılıq və basqılara, Urmiya gölünün qurudulmasına, insan haqlarının pozulmasına, eyni zamanda Güney Azərbaycan türklərinin ana dilində təhsil hüququnun əlindən alınmasına etirazlar bildirildi. Mitinqdə çıxış edənlər İranın hər gün gedərək inkşaf edən və güclənən Azərbaycan dövlətinə münasibəti də pisləndi və 50 milyonluq Azərbaycan türkünün bir gün birləşərək bu hücumlara cavab verəcəyini də bildirdilər”.

Foto-1
Güney Azərbaycan Konseyi mətbuat konfransı keçirdi















Foto-2
Güney Azərbaycan Konseyi mətbuat konfransı keçirdi















Foto-3
Güney Azərbaycan Konseyi mətbuat konfransı keçirdi















Foto-4
Güney Azərbaycan Konseyi mətbuat konfransı keçirdi
Bu xəbər oxucular tərəfindən 1701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed