Şrift:
Siyasi məhbus Siyamək Mirzayinin məzuniyyətə buraxılması ilə bağlı tələbi təmin edilməyib
01.11.2017 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin məzuniyyətə buraxılması ilə bağlı tələbi təmin olunmayıb.

Məlumata görə, siyasi məhbusun tələbi Tehranın Baharistan İnqilab Məhkəməsinin hökmlərin icrasına baxan hakimi tərəfindən rədd edilib.

S.Mirzayi hazırda Evin zindanının 8-ci korpusunda ağır vəziyyətdə həbsdə saxlanılır.

Azərbaycanlı fəalın məzuniyyət tələbi zindanda ana dilində təhsil hüququ ilə bağlı yazdığı mətn, prokuror və zindan korpusunun rəisinə məsulların qanunsuz hərəkətləri ilə bağlı ünvanlandığı yazı, qanuni hüquqlarına çatmaq üçün aclıq aksiyası keçirmək və zindanda apardığı bu kimi fəaliyyətlərə görə hakim tərəfindən təmin edilməyib, bu barədə onun ailəsinə məhkəmə tərəfindən məlumat verilib.

Siyamək Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi azərbaycanlı fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. 36 yaşlı Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına aparılıb.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed