Şrift:
Güney Azərbaycanda bağbanlar məhsullarını satmaq üçün yer tapmır
06.11.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən aylarda İran rejiminin laqeyd münasibəti nəticəsində Güney Azərbaycanda minlər ton alma məhsulu məhv olub, buna heç bir hökumət orqanı cavabdeh olmur.

Əhər şəhəri kənd təsərrüfatı və alma məhsulunun istehsalı üzrə Şərqi Azərbaycan əyalətinin əsas qütbü sayılır. Digər Azərbaycan şəhərlərində olduğu kimi bu şəhərdə də bağbanlar məhsullarını satmaq üçün yer tapmır, bu səbəbdən hər il çox miqdarda alma məhv olur.

Bu vəziyyətə etiraz olaraq Meşginşəhr (Xiyav), Marağa və Urmiyə şəhərlərində bir çox bağban meyvə ağaclarını kəsərək digər işlərlə məşğul olmağa başlayıblar. Hökumət rəsmiləri isə problemi həll etmək yerinə ağacların kəsilməsi və yollar kənarında qalanmış almalarla bağlı yayılan xəbərləri təkzib etməklə məşğuldular.

“Fars” xəbər agentliyi Əhərdə yol kənarında qalanmış almaların şəkilini dərc edib. Bu şəkillər Əhərin zəhmətkeş bağbanlarının nə qədər ziyan çəkdiyini əks etdirməkdədir.

Xəbər verdiyimiz kimi, ötən günlərdə Qərbi Azərbaycan Əyalətinin 11 millət vəkili təmsil etdikləri əyalətdə meyvə bazarının məhv edilməsi və alma mafiyası haqda parlamentə məktub yazaraq Kənd Təsərrüfatı Nazirliyinə sual ünvanlayıblar.

Millət vəkilləri Tehranda yerləşən alma mafiyasını bu problemin əsas təqsirkarı kimi göstərib, bu barədə Kənd Təsərrüfatı naziri Mahmud Höccətinin cavabdeh olmasını tələb ediblər.

“Ölkənin 70 faizdən çox alması Qərbi Azərbaycanda, təxminən 15 faizi isə Tehran əyalətində istehsal olunur. Belə bir vəziyyətdə alma ixracatı ilə məşğul olan Mərkəzin Qərbi Azərbaycanda deyil Tehranda yerləşməsinə nə gərək var?! Bu, həm ixracatla bağlı qanunlara ziddir, həm də bağbanlara qarşı haqsızlıqdır”- deyə müraciətdə qeyd olunub.

Güney Azərbaycanda bağbanlar məhsullarını satmaq üçün yer tapmır

Güney Azərbaycanda bağbanlar məhsullarını satmaq üçün yer tapmır

Güney Azərbaycanda bağbanlar məhsullarını satmaq üçün yer tapmır
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed