Şrift:
Nadir Qazipur: “İran Avropanı Türkiyə üzərindən İran, Əfqanıstan və Pakistanla birləşdirəcək dəhliz haqda da düşünməlidir”
10.11.2017 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçirilmiş üçtərəfli görüşü İranın gücünün göstəricisidir”.
N. Qazipur bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin Tehrana səfəri və onların İranın ali lideri ilə səmimi görüşləri İranın nüfuzunu göstərir: “Biz görürük ki, ABŞ prezidenti Donald Tramp rüşvət alaraq Səudiyyə Ərəbistanına səfər edir. Bu səfər Səudiyyənin Yəmənin müdafiəsiz xalqına hücumlarını daha da qızışdırmaq və regionda gərginliyi artırmağa xidmət edirdi. Lakin Tehranda keçirilən görüş və üç dövlət başçısının iştirakı həmin ölkələrin yaxınlaşması məqsədi güdür”.

N. Qazipur İran və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkəni eyni din, eyni dil və çoxlu mədəni-tarixi bağlar birləşdirir: “Hər iki ölkənin xalqı arasında qarşılıqlı hörmət var. İki ölkə bir-birinə nə qədər yaxın olarsa, düşmənlərimiz daha da uzaqlaşacaq. Azərbaycan və İranın siyasi, iqtisadi əməkdaşlığı hər iki ölkənin xeyrinədir. İranın ali lideri də həmişə qonşularla əlaqələri qorumağı təkidlə vurğulayır”.

Parlament üzvü Tehran görüşünün əsas mövzularından olan Şimal-Cənub dəhlizinə toxunaraq bildirib ki, bu dəhliz çox gəlirli bir yoldur: “Şimal-Cənub dəhlizi Fars Körfəzini Azərbaycana, oradan Rusiya, Türkmənistan, Qazaxıstan və digər ölkələrə birləşdirəcək. Bu dəhliz hamı üçün önəmlidir. Düşünürəm ki, İran bu dəhlizlə yanaşı, Şərq-Qərb dəhlizi haqda da düşünməlidir. Elə bir dəhliz ki, Avropa Birliyi ölkələrini Türkiyə vasitəsilə İran, Əfqanıstan və Pakistanla birləşdirsin”.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed