Şrift:
Ərdoğan: Türkiyə Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil
05.06.2012 [16:19] - Xəbərlər
Suriya böhranının nizamlanmasında rol oynamağa çalışan Türkiyə bu ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. "TRT Haber" telekanalının
verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunun açılışında çıxış edərkən bildirib.
"Türkiyə bilir ki, Suriya böhranında istənilən ehtiyatsız addım regional fəlakətə gətirib çıxara bilər. Türkiyənin məqsədi ölkənin daxili işlərinə qarışmaq deyil, bu böhranın nizamlanmasıdır", - Ərdoğan qeyd edib.
"Suriyada davam edən zorakılıq nəticəsində minlərlə insan öldürülüb, daha on minlərlə insan böhrandan Türkiyə və İordaniyaya qaçıb. Əgər Suriya problemi həll edilməsə, bu insanların taleyi təhlükə altında olacaq", - Baş nazir vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed