Şrift:
Təbrizdə Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi məclisin keçirilməsinə icazə verilməyib – VİDEO
22.11.2017 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə noyabrın 21-də “Füzuli Məclisi” adı ilə keçirilməli olan ədəbi məclis baş tutmayıb.

Təbrizdə hər həftə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi məclislər keçirilir. Bu həftəki məclis isə Azərbaycan və türk dünyasının görkəmli şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunub, lakin təhlükəsizlik qüvvələri məclisin keçirilməsinə mane olub.

Ədəbi məclis çərşənbə axşamı, yerli vaxtla saat 17:00-da Təbrizin Şəhid Avini salonunda keçirilməli idi.


Təbrizdə keçirilən ədəbi məclislərdə sadəcə türk ədəbiyyatının klassiklərinin yaradıcılığından bəhs olunur. Bu məclislərin təmami ilə siyasətdən uzaq olmasına baxmayaraq rejim Azərbaycan ədəbiyyatı və kimliyi uğrunda atılan istənilən addımı öz əleyhinə, həmçinin fars dili və mədəniyyətinə zidd hesab etdiyi üçün belə tədbirlərə maneçilik yaradır. Rejimin Güney Azərbaycanda mədəniyyət və ədəbiyyat sahəsinə təhlükəsizlik məsələsi kimi baxması bir çox problemlərin əsas səbəbi kimi analiz edilir.

“Füzuli Məclisi”nin əsas təşkilatçılarından olan Dr. Fərman Fərzi bir video vasitəsi ilə tədbirin baş tutmayacağını öncədən bildirib. O ədəbi məclisin keçirilməsinə hansı orqanın mane olduğunu və bunun səbəbləri barədə heç bir məlumat verməyib.

Video:

Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed