Şrift:
Akademik Akif Hacıyevin 80 illik yubileyi qeyd olunub
06.12.2017 [11:10] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda ( RMİ) görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbirdə RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov görkəmli alim A.Hacıyevin mənalı ömür yolundan, elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən danışıb.

Bildirilib ki, A.Hacıyev 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. O, 1964-cü ildə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1989-cu ildə akademiyanın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Alim AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2013-cü ildən isə AMEA-nın vitse-prezidenti olub.

Akademik A.Hacıyev müasir riyaziyyat elminin inkişafına dəyərli töhfələr verib. Alim çoxlu sayda elmi məqalələrin və dörd monoqrafiyanın müəllifidir.

Digər çıxış edənlər də A.Hacıyevin elm sahəsində qazandığı uğurlardan söz açıblar.

Sonra müxtəlif mövzularda elmi məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed