Şrift:
Tikantəpəli aşıq Qurban Rəhməti vəfat edib
11.12.2017 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Tikantəpə məntəqəsinin incəsənət xadimlərindən olan aşıq Qurban Rəhməti Tehranda vəfat edib.

O dekabrın 8-i gecə saatlarında infark keçirib. Xəstəxanaya aparılan sənətkarın həyatını xilas etmək mümkün olmayıb, o 47 yaşında həyata göz yumub.

Mərhum sənətkar bazar günü doğulduğu kənddə dəfn olunacaq.

Aşıq Qurban Tikantəpənin Babanəzər kəndində dünyaya göz açıb. O sonralar milyonlarla azərbaycanlı kimi doğma yurdunu tərk etməli olub və Tehrana köçüb. Mərhum sənətkar həyatının son 20 ilini ailəsi ilə birlikdə Tehranda yaşayıb.

Aşıq Qurban ötən il Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olub.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed