Şrift:
NATO-nun rəsmi himni yaradılıb
05.01.2018 [10:32] - Hərb
Şimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib.
Bununla bağlı NATO-nun saytında məlumat verilir.
Qeyd edilir ki, təşkilatın əvvəllər də öz himni olub. Lakin o, rəsmən təsdiqlənməyib. Xüsusən 1989-cu ildə NATO ilə bağlı tədbirlərdə kapitan, Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.
Saytda bildirilir ki, yeni himnin sözləri yoxdur və o, 20 musiqi aləti – üç saksafon, təbil, fleyta, qoboy, iki klarnet və s. üçün bəstələnib.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed