Şrift:
Daxili rahatlığa, ruhi sakitliyə, dinc beyinə sakit olmaq istəyirsinizsə, bunları edin
08.01.2018 [10:25] - Gündəm, Sağlıq
XXI əsri bütünlüklə ələ alan kompüter ən çox insan beyninə ziyan vurmaqdadır. Bu gün kompüterlə işləyən, dolayısı ilə ondan istifadə edən insanlar ən çox zehni yorğunluqdan əziyyət çəkirlər. Zehni yorğunluğu, beyindəki narahatlığı artıran digər amillər isə psixoloji təsirlərdir.
Bütün dövrlərdə bütün dinlərdə ən vacib insan nailiyyəti sakit beyin olub.
Sakit beyin insanın uğur və nailiyyətlərinin açarıdır. Məhz sakit beyinə sahiblənən insan özünüidarə mexanizmini düzgün və rahat şəkildə həyata keçirə bilər.

1.Bəzən haqlı olub-olmadığını düşünmək insan beyninə neqativ enerji yükləyir. Bu düşüncədən daşının. Haqsız olduğunuzu o qədər də böyük faciə adlandırmayıb, haqlı olduğunuza qəhrəmanlıq donu geyindirməyin. Hər ikisini sadəcə beyninizdən silin.

2.Daxili rahatlıq və beyin sakitliyini pozan ən pis element özünü günahlandırmadır. Birdəfəlik bilin- keçmişiniz böyük bir qəbiristanlıq, günahlarınız isə orada yatan ölülərdir. Günahları gələcəkdə etməmək haqqında fikirləşin. Keçmişdə niyə elə etdim deyə düşünməyin. Çünki ölü dirilmir.

3.Özünüzə bəraət qazandırın. Bəli, bəli, özünüzdən ibarət bir “əfv komissiyası” tərtib edin və yeganə müttəhim hesab etdiyiniz özünüzü azadlığa çıxarın. Azadlığa çıxın ki, beyniniz sakit olsun.

4.Bağışlayın. Çox yox, yalnız bircə dəfə bunu edin və sakitləşin. Düşünün ki, başqasını bağışlamaq beyniniz üçün böyük hədiyyədir. Nə olar ki, bir dəfə də 24 saat dayanmadan işləyən beyninizə “bayram payı” verəsiz.

Elmin Nuri
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed