Şrift:
ABŞ və Qazaxıstan prezidentləri görüşəcək
10.01.2018 [10:09] - Gündəm, Siyasət
ABŞ prezidenti Donald Tramp Vaşınqtonda Qazaxıstandan olan həmkarı Nursultan Nazarbayevlə görüş keçirəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, prezidentlər regional təhlükəsizlik, iqtisadi əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yolları ətrafında müzakirə aparacaqlar.
D.Tramp ilə N. Nazarbayev həmçinin Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed