Şrift:
Azərbaycanın Niderlanddakı səfirliyinin yeni binası açılıb
14.06.2012 [17:30] - Gündəm
Azərbaycanın Niderlandda yeni səfirlik binası açılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun Niderland krallığına səfəri çərçivəsində səfirliyin yeni binasının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət Səfirlik kompleksi, Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar kemirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb.

Mərasimin başlanğıcında, tədbir iştirakçıları tərəfindən səfirliyin giriş zalında yeni quraşdırılmış Ümummulli Lider Heydər Əliyevin büstünün qarşısına güllər qoyulub, ulu öndərə ehtiram bildirilib.

Tədbiri Azərbaycan səfiri Fuad İsgəndərov açaraq, səfirliyin fəaliyyəti barədə qısa məlumat verib.

Təntənəli açılış mərasiminə Niderland tərəfindən çıxış edən Xarici İşlər Nazirliyinin Baş Katibi Ed Kronenburq, Azərbaycanın səfirliyinin yeni inzibati binasının rəsmi açılışı münasibəti ilə təbrik edib.

Geniş nitqlə çıxış edən Nazir Elmar Məmmədyarov, Azərbaycan Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirib.

Tədbirə Niderland Krallığı Hökumətinin və Kraliça Sarayının ali üzvləri, Parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilib və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib. Təntənəli mərasim Niderlandın yerli mətbuatında geniş işıqlandırılıb.
Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed