Şrift:
Türk Şurasının baş katibi İdman Bütövlüyü üzrə Qlobal Alyansın sədr müavini seçilib
01.02.2018 [11:06] - Türk dünyası-Turan, İdman
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənov İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SIGA) Roma şəhərində keçirilən forumunda qurumun sədr müavini seçilib.

SIGA 100 ölkədən idman cəmiyyətlərini və beynəlxalq idman təşkilatlarını özündə birləşdirir. SIGA-nın Romada keçirilən forumunda rəsmi şəxslər, dünya idman cəmiyyətlərinin rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda SIGA-nın yeni rəhbərliyi təşkilatın gələcək hədəflərini açıqlayıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed