Şrift:
Azərbaycan futzal millisi Avropa çempionatında mübarizəyə başlayır
02.02.2018 [10:24] - İdman
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.
Rəqib Fransa yığması olacaq. Lyublyanadakı “Stojice Arena”da təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş CBC Sport televiziya kanalında canlı yayımlanacaq. Oyunu Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, D qrupunun ilk oyununda Fransa İspaniya ilə heç-heçəyə nail olub - 4:4. Azərbaycan millisi bugünkü görüşdə qələbə qazanacağı halda, vaxtından əvvəl 1/4 finala yüksələcək.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed