Şrift:
Azərbaycan güləşçiləri "Təxti Kuboku"nda 4 bürünc medal qazanıblar
10.02.2018 [11:04] - İdman
Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.

Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar. Onlar bu gün keçirilmiş təsəlliverici görüşlərdən qalib ayrılıblar.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Qeyd edək ki, "Təxti Kuboku"nda 23 ölkədən 190-a yaxın idmançı iştirak edib.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed