Şrift:
ÇL 1/8 final mərhələsinin növbəti oyunları baş tutub - NƏTİCƏLƏR
21.02.2018 [10:41] - İdman
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, mərhələnin ən maraqlı görüşlərindən biri məhz bu gün oynanılıb.

Günün ən önəmli və həyəcanlı oyunu Londonda keçirilib və “Barselona” “Çelsi”nin qonağı olub. Hər iki komanda çıxış etdikləri bütün turnirlərin favoritləri sırasında olduqlarından bu görüşü erkən final kimi də təqdim etmək olardı. Meydan sahiblərinin ən fəal oyunçusu olan Villian birinci hissədə 2 dəfə dirəyə "ilişsə"də, 62-ci dəqiqədə üçüncü cəhdində Ter Ştegeni məyus edə bilib. Lakin sona 15 dəqiqə qalmış Lionel Messi bərabərlik qoluna imza atıb - 1:1.

Günün digər qarşılaşması isə azərbaycanlı futbolsevərlər tərəfindən xüsusi maraqla gözlənilirdi. Ölkəmizdə kifayət qədər azarkeş dəstəyi olan Türkiyə təmsilçisi “Beşiktaş” Münhendə möcüzə axtarışına çıxmışdı. Lakin matçın əvvəllərində müdafiəçi Domaqoy Vidanın aldığı qırmızı vərəqə “qara qartallar”ın planını pozub. Nəticədə uzun müddət azlıqda çıxış edən rəqibinin qapısından 5 cavabsız top keçirən “Bavariya” 1/4 final mərhələsinə vəsiqəni, demək olar ki, rəsmiləşdirib. Bu nəticədən sonra İstanbuldakı cavab görüşü formal xarakter daşıyacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

20 fevral

“Bavariya” – “Beşiktaş” - 5:0

Qollar: Müller, 43, 66; Koman, 53; Levandovski, 79, 88

Qırmızı vərəqə: Domaqoy Vida, 16
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
“Alyans Arena”, Münhen


“Çelsi” – “Barselona” - 1:1

Qollar: Villian, 62 - Messi, 75
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed