Şrift:
Qüdrət Qurbanov: "Xəzər sularında hər hansı bir ölkənin sualtı qayıqları ola bilməz"
28.06.2012 [11:49] - Gündəm
İran mətbuatında İranın sualtı qayıqlarının Xəzər sularında üzməsi barədə yayılan məlumatlar qeyri-realdır. Bunu cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.

"Xəzər sularında hər hansı bir ölkənin sualtı qayıqları ola bilməz", - o deyib. Qurbanov bu yazıları cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, Fars körfəzində üç iri ağır sualtı qayığa malik olan İran Xəzərdə yüngül sualtı qayıqlardan istifadə etməyə çalışır. Admiral Abbas Zamininin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri öz sualtı qayıqların layihələndirilməsi, tikintisi və təmiri sahəsində böyük uğur əldə edib.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed