Şrift:
Gilanlı millət vəkili azərbaycanlılara meydan oxudu 04 Aprel 2018 16:50
05.04.2018 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Gilan Əyalətində yerləşən Somesəra şəhərinin İran parlamentindəki millət vəkili “Heyran gədiyi” ətrafında baş verən hadisələrə münasib bildirərkən sözügedən ərazinin Gilan Əyalətinə mənsub olduğunu deyib, buna etiraz edən azərbaycanlıları isə cahil və məlumatsız insanlar adlandırıb.

Bu barədə Kazim dilxoş aprelin 3-də yerli xəbər agentliyi “Diyar-i mirza”nın müxbiri ilə danışıqda bildirib.

“Heyran gədiyi”nin Gilana ilhaq edilməsi məsələsinin etirazçılar üçün bəhanə olduğunu deyən millət vəkili azərbaycanlılara meydan oxuyub.

““Heyran gədiyi”ni Gilandan ayırmağa çalışanlar, Gilan əhalisinin əhval-ruhiyyəsindən xəbərsiz və cahildilər. Elə etməyin ki, Gilan əhalisi qəzəbdən coşsun...!”- deyə Somesəranın millət vəkili bildirib.

K.Dilxoş həmçinin söhbətinin arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qzipurun “Heyran gədiyi” haqqında dediklərini kiçik və bayağı sözlər kimi qiymətləndirib.

N.Qazipur bundan öncə rəsmi Teleqram kanalında bir video yayaraq “Heyran gədiyi” və Astara tarixinin saxtalaşdırılmasını sərt şəkildə pisləmişdir.

““Heyran gədiyi” Ərdəbil, Zəncan, Qəzvin, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kərəc kimi Azərbaycanın ayrılmaz hissəsidir. Astara ölkənin növbəti inzibati ərazi bölgüsündə Ərdəbil Əyalətinə ilhaq edilməlidir. Tehran əhalisinin 40 faizini türklər təşkil edir, qalan 60 faizinin isə türk olub-olmamasında şübhəmiz var”- deyə o sözlərinin bir hissəsində qeyd etmişdir.

Maraqlıdır ki, ötən günlərdə Gilanın 4 millət vəkili, həmçinin Astara Şəhər İcra Hakimiyyətinin yerli olmayan başçısı, Rəşt Bələdiyyə İdarəsinin rəsmisi və Rəşt Şəhər Şurasının üzvü “Heyran gədiyi” barəsində mövqe bildirib, hətta təhrikedici açıqlamalar veriblər. Lakin N.Qazipur istisna olmaqla azərbaycanlı millət vəkili, o cümlədən Ərdəbilin 7 millət vəkili bu əhəmiyyətli məsələyə heç bir münasibət bildirməyib.

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib. Bundan sonra azərbaycanlılar, xüsusi ilə də gənclər hərəkətə keçərək lövhələri qaldırıb vəya oxunmaz hala salıblar, Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar genişlənməkdədir.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed