Şrift:
Güneyli milli fəal Vəhid Həbibçeşmə yenidən həbs olundu
28.06.2012 [13:12] - Güney Azərbaycan xəbərləri
Səhənd şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəal Vəhid Həbibçeşmənin ata evinə hücum ediblər.Dünən evə hücum edən məmurlar evdə axtarış aparıb, flaşkart, komputer, mobil telefonu və bir neçə kitabı zəbt etdikdən sonra Vəhid Həbibçeşməni yaxalayıb və özləri ilə naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, Vəhid Həbibçeşmə 2012-ci il fevralın 21-i (1390-cı il isfəndin 2-i) Dünya Ana Dili Günü tutuqlabıb, 80 gün müvəqqəti azadlıqda saxlanıldıqdan sonra 45 gün öncə ittihamlardan bəraət qazabaraq, Təbrizin mərkəzi zindanından azadlığa buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed