Şrift:
Estoniyada AXC-nin 100 illiyi qeyd olunub
10.04.2018 [10:25] - Diaspor
Estoniyanın paytaxtı Tallinnin Vormsi mədəniyyət mərkəzində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən diaspor təşkilatının rəhbəri Niyazi Hacıyev AXC haqqında danışaraq respublikanın mövcud olduğu 23 ay ərzində bir çox sahələrdə əldə etdiyi nailiyyətlər barədə danışıb.

O, Azərbaycan-Estoniya əlaqələrindən bəhs edərək istər sovet dövründə, istərsə də müstəqillik dövründə bu əlaqələrin daim yüksələn xətt üzrə inkişaf etdiyini qeyd bildirib. Daha sonra Niyazi Hacıyev Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra aparılan uğurlu daxili və xarici siyasət nəticəsində inkişaf yolunda olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, Azərbaycan Respublikasının uğurlarının bəzi çevrələr tərəfindən qısqanclıqla qarşılanması və nəticə olaraq ona qarşı çirkin kampaniyaların aparılması qeyd edilib. Bu kampaniyanın tərkib hissəsi olan Avropada məskunlaşmış bir qrup antimilli tərəfindən dövlətə və ölkə rəhbərliyinə qarşı söyüş, böhtan xarakterli çıxışlar və çağırışlar pislənilib. Bildirilib ki, bəzi azərbaycanlıların radikal fəaliyyəti Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək və xalqımızı aşşağılamaq məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed